Turizm obyektlərində monitorinqlər
davam edir
Qiymətlərin 10-20% ucuzlaşması müşahidə olunur
Mayın 13-dən bölgələrdəki
turizm obyektlərində
yay turizm mövsümü ilə bağlı monitorinqlər
başlanıb. Mədəniyyət və Turizm, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin əməkdaşları
tərəfindən həyata
keçirilən monitorinqin
məqsədi mehmanxana
və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq
səviyyəsi və
turist xidmətləri
qiymətlərinin yoxlanılmasıdır.
Nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil
Kəlbəliyevin sözlərinə
görə, monitorinqlərin
ümumilikdə 38 şəhər
və rayonda keçirilməsi nəzərdə
tutulur: «Tərtər,
Bərdə, Ağdaş,
Göyçay, Zərdab,
Kürdəmir, İmişli
və Şirvan istiqamətində monitorinqlər
artıq yekunlaşıb,
Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Sumqayıtda isə davam edir. Qalan bölgələr
üzrə yoxlamalar da mərhələli şəkildə həyata
keçiriləcək. Monitorinqlərin iyunun 30-dək yekunlaşdırılması
nəzərdə tutulur».
Monitorinqlərin başa çatdığı
bölgələrdə əldə
edilən nəticələr
isə bütün turizm zonalarının yay mövsümünə
hazır olmadığını
göstərib. Cəmil
Kəlbəliyev bildirdi
ki, turizm obyektlərinə öz nöqsanlarını aradan
qaldırmaq üçün
imkan verilir: «İstəyirik ki, turistlərin istirahəti mənalı keçsin, ekskursiyalar təşkil olunsun, onların istirahəti hoteldə qalmaqla məhdudlaşmasın.
Bu meyarlara cavab
verməyən turizm obyektləri də var. Onlara iyunun 15-dək vaxt verilib ki,
aşkarlanan çatışmazlıqlar
aradan qaldırılsın».
Qiymətlərlə
bağlı nəticəyə
gəldikdə isə,
məlum olub ki, keçən illə müqayisədə
bu il
turizm sahəsində qiymətlər 10-20% ucuzlaşıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 6.